
Haqqımızda
Şirkət haqqında
"Construction Engineering" MMC 15 mart 2019-cu il tarixində yaradılmışdır. Şirkət yüksək keyfiyyətli müasir telekommunikasiya şəbəkələrinin infrastruktur tikintisi və bu üzrə müxtəlif xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərir. Bu günə kimi şirkətimiz ölkə üzrə böyük layihələrin icrasını uğurla tamamlamış və yeni uğurlara addımlamaqda davam edir.
Müştərilərin istək və tələblərini yüksək şəkildə qarşılamaq üçün düzgün zamanlama, davamlı inkişaf və planlı həllər təqdim edirik.
Missiya
Göstərdiyimiz xidmətləri peşəkar şəkildə icra etməklə, etibarlı tərəfdaş mövqeyimizi qorumaq.
Vizyon
Daim inkişaf etmək və xidmət göstərdiyimiz sahədə yeniliklərlə yadda qalmaq.
Lisenziyalar
Prinsiplər və missiya
Prinsiplərimiz: Gələcək yönümlü addımlamaq və öndə olmaq! Biz yüksək texnologiyaların, elmi nailiyyətlərin və peşəkar mütəxəssislərin imkanlarını birləşdirir və gerçəkləşdiririk.
İnnovativ həllərin həyata keçirilməsini təmin etmək.
Rabitə sahəsində insanların təcrübəsini dəyişdirəcək qabaqcıl xidmətlərlə bazarda aparıcı mövqe tutmaq.
Telekommunikasiya infrastrukturunda lider təşkilatlardan birinə çevrilmək.
Xidmət keyfiyyətini daim təkmilləşdirməklə istifadəçilərin gözləntilərinə cavab vermək.
Şəffaf, məsuliyyətli və etibarlı fəaliyyət göstərmək.
